Bu gün Bakıda UHOM Tikinti və Daşınmaz Əmlak Kompleksinin təqdimat mərasimi keçirilib. Mərasimdə UHOM layihəsinin özəlliklərindən danışılıb.
Layihənin təqdimat mərasiminin açılış nitqini Kiçik və və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası sədri Nigar Ələsgərova edərək “UHOM”un fərqliliyinə diqqət çəkdi, inşaatdan tutmuş, bütün markalar üzrə məhsulların bir məkanda yerləşəcəyini vurğulayıb. Sonra “UHOM” barədə videorolikə baxış olub.
“UHOM”un müəllifi Rövşən Qasımzadə layihənin yaxın aylarda ərsəyə gələcəyini, paytaxt üzrə bir neçə məkan seçimi ediləcəyini bildirib, əlavə edib ki, “UHOM”un regionlarda da filiallarının olması istisna edilmir:
“UHOM”un birinci mərtəbəsi 20 min kv, ikinci mərtəbəsi də 20 min kv olacaq, birinci mərtəbəsində sırf inşaata aid olan bütün məhsullar, materiallar, alətlər, ikinci mərtəbəsində isə artıq inşaatımız bitdikdən sonra interyerdə işləyən mebel, məişət texnikası şirkətləri yer alacaq. Aksesuarlar, ev tekstili, qabqacaq, yəni A dan Z yə qədər, nə varsa artıq evinin içini qurmaq üçün və yaxud daşınmaz əmlakını qurmaq üçün nə varsa onlar hamsı o kompleksdə olacaqdır”.
Mərasimdə digər çıxış edənlər – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Hikmət Məmmədov və Rusiya Federasiyasının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Mixail Nikolayeviç “UHOM” layihəsinə uğurlar arzulayıblar.
Özbəkistan Ticarət Evinin təsisçi / direktoru Ramin Şərifov isə bunları deyib:
“Estetik cəhətdən də çox gözəl layihədir və şəhərimizdən kənarda yerləşəcək. Hansı ki, çox böyük bir parkinq sahəsinə malik olacaq. Bu layihənin özəlliyi ondan ibarətdir ki, burada ailəvi şəkildə insanlar gələcək uşaqları üçün ayrılan yerlərdə övladlarını təhvil verərək, istədikləri qədər alışveriş edə biləcəklər”.
Mərasimdə o da bildirilib ki, “Uhome” Tikinti istiqaməti ilə yanaşı, Daşınmaz Əmlak üzrə Mərkəz olaraq da müştərilərin xidmətində olacaq. Bundan başqa, layihələndirmə, dizayn, təmir, quraşdırma və çatdırılma xidmətləri bu kompleksin üstünlükləri sırasında olacaq. Kompleksdə bank xidmətləri də olacaq.
“UHOM” – yeniliklər və fərqlilik bizi gözləyir!