Bakıda “Viva La Vida” uzunömürlülük üzrə ilk beynəlxalq konqres və sərgi keçirilir.
Oxu.Az xəbər verir ki, konqres 17 mart tarixinədək davam edəcək.
Tədbir Azərbaycanın milli musiqisi və rəqsləri ilə başlayıb. Odlar yurdunu simvolizə edən elementlər nümayiş etdirilib.
Tədbirdə dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş 21 spikerin çıxış edəcəyi nəzərdə tutulub.
Tibbi SPA və uzunömürlülük üzrə sağlamlıq mərkəzlərinin inkişafı ilə məşğul olan şirkətin yaradıcısı, zehni sağlamlıq üzrə mütəxəssis İlona Ansone çıxışında bildirib ki, tədbirdə uzunömürlülüklə bağlı 10-a yaxın startap iştirak edir.
Qeyd edək ki, spikerlər kişi və qadın uzunömürlülüyü, zehni-mənəvi uzunömürlülük və digər profilaktik, fərdiləşmiş təbabət haqqında məlumat və tövsiyələr verəcəklər.
Nəzrin Vahid