Bakıda fərdi yaşayış evində baş verən yanğının təfərrüatları məlum olub.
-nın məlumatına görə, hadisə qəsdən törədilib.
Yaxınlarının bildirdiyinə görə, 1971-ci il təvəllüdlü Əkbərov Eyvaz Həsən oğlu yaşadığı evi yandırıb.
Səbəb isə onun həyat yoldaşı ilə mübahisə etməsi olub.
Nəticədə E.Əkbərov evdə yanaraq ölüb.
***
Saat 15:29
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
FHN-ə istinadən xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.