Bakı şəhərinin Binəqədi rayonu, Adil Məmmədov küçəsində doqquzmərtəbəli yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Bildirilib ki, hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.