Sabunçu rayonunda yataqxana kimi istifadə olunan köhnə bağça binasında yanğın baş verib.
APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Əliyar Əliyev küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları qısa müddətdə yanğının qarşısını alıb.
Elektrik naqillərində yaranan nasazlıq səbəbindən baş verən yanğın zamanı yüngül dərəcəli xəsarət alanlar olub.
20:42 (23.08)
Bakı şəhəri, Sabunçu rayonu, İ.Anaşkin küçəsində fərdi yaşayış evində yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.