Bakıda yeni otel açıldı

Bakıda Yeni Bilgəh Oteli MMC dövlət qeydiyyatına alınıb.

Müstəqil.Az Teleqraf.com -a istinadən xəbər verir ki, bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında elan yer alıb.

Şirkətin nizamnamə kapitalı 100 milyon manatdır. Qurumun qanuni təmsilçisi Vüqar Rəhmətov Gülağa oğludur.

 

Qeyd edək ki, Vüqar Rəhmətov əvvəllər Yeni Dinamo Hoteli MMC və Azərbaycan Supermarket MMC-ni də Vergilər Nazirliyində qeydiyyata aldırıb.

Müstəqil.Az

Share: