“Efendiler Group”a daxil “Geely”nin Azərbaycandakı rəsmi distribütoru “Rich Motors” şirkəti “Fairmont” otelində “Geely Monjaro” modelininin təqdimat mərasimini təşkil edib.
“Qafqazinfo” xəbər verir ki, gecənin qonaqları “Monjaro” modeli barədə interaktiv şəkildə məlumat alarkən, özləri də bu prosesdə iştirak etməklə dəyərli hədiyyələr qazanmış olublar.
Gecədə, həmçinin enerji-doldurma infrastrukturunun genişləndirilməsinə istiqamətlənmiş “Efendiler Group”un xüsusi “E-Project” layihəsi barədə qonaqlara məlumat verilib.
“Geely Monjaro” D-SUV sinfinə aid modeldir. “Volvo” ilə birgə yaradılan 238 at gücünə malik 2-litrlik turbomühərriklə və yapon istehsalı “Aisin” 8 pilləli avtomatik sürətlər qutusu ilə təchiz edilir. Dörd təkərin hər birinə fırlama anı amerikan istehsalçısı BorgWarner-in 6-cı nəsil intellektual 4×4 transmissiya vasitəsilə ötürülür. Böyük ölçülərinə baxmayaraq, “Monjaro” çox dinamik avtomobildir: 0-100 km/s sürətlənmə cəmi 7,7 saniyə çatmağa qadirdir.
Avtomobil rahatlığı və zəngin təchizatı ilə seçilir. Salona daxil olduqda ilk növbədə ön paneldə ümumi uzunluğu 1 metr olan üç ədəd monitoru görmək mümkündür. Onların vasitəsilə həm multimedianı, həm də avtomobilin bütün funksiyalarını idarə etmək və göstəricilərə nəzarət etmək mümkündür. Sürücü üçün ən əsas məlumatlar isə həm də birbaşa “Head Up Display” funksiyası vasitəsilə ön şüşəyə proyeksiya edilə bilər.
Avtomobil “Bose” premium səs sisteminə malikdir. Sərnişinləri mükəmməl səslənmə ilə təmin etməklə yanaşı, bu müasir audiosistem həm də ətrafdan və mühərrikdən gələn səs-küyü nəzərə çarpan şəkildə azaltmağı bacarır.
Təhlükəsizlik sistemlərinə görə də “Monjaro” premium avtomobillərdən geri qalmır. Onların sayəsində avtomobil hərəkət zolağında özü hərəkət edə, hərəkət zolağını özü dəyişə, öndəki avtomobillə verilmiş məsafəni saxlaya, piyada qarşısında avtomatik tormozlaya, özü parklama yerinə hərəkət edə, gizli zonalarda maneə olduğu halda sürücünü məlumatlandıra bilir. Ən maraqlı təhlükəsizlik funksiyası isə 540 dərəcəlik görüntü sistemidir. “Monjaro” sürücüsü kameralara vasitəsilə həm ətrafı, həm də avtomobilin altını görmək imkanı əldə etmiş olur!
Yeni modelin texniki göstəriciləri, təchizatı və qiyməti ilə daha ətraflı www.geely.az saytından tanış olmaq mümkündür.
Geely Bakı Mərkəzi:
Babək prospekti, 35A
Tel.: +99450 838 58 58
Rəsmi sayt: www.geely.az