Bakıdakı paradın pərdəarxası: Əliyev və Ərdoğan yeni Qarabağ taktikasını İŞƏ SALDI

Sentyabrın 15-də Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə keçirilən parad, Azərbaycan və Türkiyə liderlərinin qardaşlıq mesajı və Rəcəb Tayyip Ərdoğanın “Dağlıq Qarabağ probleminin həlli Türkiyənin Ermənistanla əlaqələrinin bərpasının ən vacib şərtidir və bunu hamı bilməlidir” sözləri İrəvanda narahatlıq yaradıb. Ermənistanda hesab edirlər ki, Bakı və Ankara Dağlıq Qarabağla bağlı yeni taktikanı işə salırlar.

Publika.az xəbər verir ki, erməni şərhçi Sarqis Artsruni Türkiyə və Azərbaycan münasibətlərinin Dağlıq Qarabağ probleminin nizama salınması kontekstində əhəmiyyətli olduğunu vurğulayıb.

“Ankara Qarabağ problemində Azərbaycana qeyd-şərtsiz dəstəyini ifadə edir. Bununla yanaşı, Ankara və Bakı Qarabağ probleminin nizama salınması formatına yenidən baxmaq planını işə salıb. Yeni taktikaya görə, problemin Türkiyə-Azərbaycan-Rusiya formatında həllinə nail olmaq istəyirlər. Bu isə Ermənistan üçün ciddi təhlükədən xəbər verir”, – deyə erməni şərhçi bildirib.

Share: