“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-023 nömrəli Bakı-Bodrum reysi texniki səbəblərə görə gecikir.
Müstəqil.Az xəbər verir ki, sərnişinlər Bodruma digər təyyarə ilə yola düşəcəklər. Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq içkilər və qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcək.
Müstəqil.Az