Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-251, J2-255 və J2-265 nömrəli reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikir.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən -ya verilən xəbərə görə, Bakıdan Naxçıvana yola düşməli olan J2-253 nömrəli reys J2-251 nömrəli reys ilə birləşdirilib.
Qeyd edilib ki, uçuşların təhlükəsizliyi AZAL üçün hər zaman ən yüksək prioritetdir.
Gecikmiş reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunur.
Sözügedən reyslərin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.
Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
***
saat 17.24
Naxçıvanda davam edən əlverişsiz hava şəraitinə görə muxtar respublikaya Bakıdan daha 3 aviareys təxirə salınıb.
-nın Naxçıvan bürosu xəbər verir ki, müvafiq olaraq bugün saat 07:00-da, 11:50-də və 16:40-da Bakıdan Naxçıvana uçmalı olan J2-251, J2-253 və J2-255 reysləri təxirə salınıb.