Sentyabrın 8-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılır.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.
Lakin şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna təşkil edir.