Bakının 14 yolunda sürət həddi endiriləcək: Birində artıq tətbiq olunur

Bakının 14 yolunda sürət həddi endiriləcək: Birində artıq tətbiq olunur

Bakının əsas prospektlərindən sayılan Heydər Əliyev prospektində sürət həddi endirilib.

“Qafqazinfo” xəbər verir ki, sürət yolun 110 km/saatlıq hissəsində 90 km/saata, 90 km/saatlıq hissədə isə 70 km/saat olaraq dəyişdirilib.

Qeyd edək ki, bir neçə gün öncə Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli paytaxt ərazisində yol nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə 14 yolda sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlandığını açıqlamışdı.

Heydər Əliyev prospektindən sonra mərhələli şəkildə digər küçə və prospektlərdə də sürət həddinin endirilməsinə dair müvafiq yol nişanları quraşdırılması nəzərdə tutulub.

Share: