Bakının azad olunmasından Turana gedən yol: Qızıl Türk əsri

Bakının azad olunmasından Turana gedən yol: Qızıl Türk əsri

 

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edilsə də, bu milli dövlətin quruculuğu sentyabrın 15-dən sonra başlayıb. Çünki Cumhuriyyətin elanı zamanı bir tərəfdən ingilis işğalçı qüvvələri, bir tərəfdən erməni-daşnak quldur birləşmələri, digər tərəfdən isə rus işğalçı gücləri Azərbaycanı işğal altında saxlamaqla onu müstəqil dövlət qurmaq imkanlaından məhrum etmək istəyir, ərazisini isə bölüb parçalamaq niyyəti güdürdülər.

Bakının işğal altında qalması faktiki olaraq Azərbaycan Xalq Cümhuriyyətinin sonrakı mərhələdə mövcudluğunu sual altında qoya, onun beynəlxalq miqyasda tanınması ilə bağlı ciddi problemlər yarada bilərdi. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun o zaman göstərdiyi hərbi və mənəvi yardım sayəsində Azərbaycan xalqının müsəlman Şərqində meydana gətirdiyi ilk demokratik respublikasını qoruyub saxlamaq, bütün Azərbaycan ərazisində onun hakimiyyətini bərqərar etmək, Bakını azad edib hökuməti Gəncədən Bakıya köçürmək mümkün oldu. Bu, həm yüksək cəsarət və qəhrəmanlıq, həm də əsl qardaşlıq və fədakarlıq nümunəsi idi. Bakınıın 15 sentyabr 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsi XX əsr dövlətçilik tariximizdə ən əhəmiyyətli günlərdən biridir və olduqca strateji əhəmiyyətə malikdir. 15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının əbədiyyətə qədər davam edəcək şərəf tarixidir. Məhz bu səbəbdən 2018-ci il sentyabrın 15-də Bakı tarixində ilk dəfə Azərbaycanın paytaxtı statusunu alaraq Qafqaz İslam Ordusu və Azərbaycan milli ordu birləşmələrinin zəfərini bayram etdi. Həmin gün “Bir millət, iki dövlət” kəlamının əksi, Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının sarsılmazlığı, əbədiliyi bir daha sübuta yetirildi.
Cümhuriyyət tariximizin ən şərəfli səhifələrindən sayılan bu xilaskarlıq hərəkatının təcrübəsi və aşıladığı ruh milli ordumuzun qələbə əzminin daha da yüksəlməsində, Azərbaycan əsgərinin vətənin bütövlüyü üçün hər cür fədakarlığa hazır olmasında ən bariz şəkildə özünü göstərdi. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə qalxan ordumuz 44 gündən sonra erməni faşizminə sarsıdıcı zərbələr vuraraq torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan Prezideni, Ali Baş Komandan İlham Əliyevin polad iradəsi və dəmir yumruğu, ordumuzun rəşadətli qəhrəmanlığı xalqımızı zəfərə yetirdi. Bu tarixi məqamda qardaş Türkiyə yenə yanımızda idi. Türkiyə Cümhuriyyəti dövlətinin qətiyyətli siyasi-mənəvi dəstəyi həm gücümüzə güc qatdı, həm də erməni havadarlarını bölgədəki proseslərə müdaxilə etməkdən çəkindirdi. Azərbaycan-Türkiyə qardaşlığı tarixin daha bir imtahanından üzüağ, alnıaçıq çıxdı. Qafqaz İslam Ordusu ilə Azərbaycan Xalq Cümhuriyyətinin 105 il əvvəl Bakının azad olunması ilə bağlı birgə fəaliyyəti 102 il sonra Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikasının Qarabağ və ətraf rayonların düşmənlərdən təmizlənməsi ilə davam etdi. İki ölkə arasında əməkdaşlıq və qardaşlıq münasibəti 2021-ci il iyunun 15-də Şuşada “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nın imzalanması ilə yekunlaşdı. 30 illik işğala son qoyan əzm və iradə bundan sonra da müştərək Türkiyə və Azərbaycan gücü kimi özünün diktə mahiyyəti ilə davamlı olacaq, habelə getdikcə daha çox rasi¬onallıq qazanacaqdır. Əlbəttə, başlıca məsələ or¬taq Turan xətti və Zəngəzur dəhlizi ilə ümumən Türk dünyasının bir-birinə qovuşması məfkurəsinin reallığa çev-rilməsidir.
Əsas məqam xəyalların gerçək¬ləşməsidir. O xəyallar ki, Türk dünya¬sının böyük mütəfəkkirlərinin, ideya adamlarının baxışlarından süzülüb bu günümüzədək gəlib çıxmaqda, mənə¬vi-siyasi məzmun qazanaraq müasir¬ləşməkdədir. Əminik ki, hazırda ulu öndərlər – Mustafa Kamal Atatürkün və Heydər Əliyevin ruhları şaddır. Çünki onların arzu və istəkləri gerçəkləşir.

Fəzail İbrahimli
Milli Məclis Sədrinin müavini

Share: