Bakının bir sıra yollarında tıxac müşahidə edilir.
Bu barədə “Qafqazinfo”ya DİN-nin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Hazırda tıxac olan yolların bunlardır:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;
5. Binəqədi şosesi, “Azadlıq Prospekti” metrostansiyası istiqamətində;
6. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
7. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
9. Zərifə Əliyeva küçəsində;
10. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
11. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;
12. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.