Bakının Yasamal rayonu ərazisində gün ərzində içməli suyun verilməsi dayandırılacaq.
Bu barədə Publika.az-a “Azərsu” ASC-dən məlumat verilib. Məlumata görə, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən +152 “Alatava” su anbarında yenidənqurma işlərinin aparılması ilə əlaqədar 17 aprel 2018-ci il tarixində gün ərzində 2-ci Alatava yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranmış narahatlığa görə “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Müstəqil.Az