Bakının bir sıra yollarında tıxac yaranıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Hazırda yollardakı vəziyyət belədir:
1. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. “20 Yanvar” dairəsində;
5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
11. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
12. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;
13. Mikayıl Müşfiq küçəsi, Badamdar dairəsindən 20 saylı məktəb istiqamətində sıxlıq müşahidə olunur.