Sürücülərin ən çox istifadə etdiyi Binəqədi-Novxanı avtomobil yolunda çökmə baş verib. Səbəb ”Azərsu” Açıq Səhimdar Cəmiyyətinə məxsus su borusunda baş verən qəza olub.
Xezerxeber.az-ın məlumatına görə, əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və ”Azərsu” Açıq Səhimdar Cəmiyyətinin əməkdaşları cəlb olunaraq hərəkətin təhlükəsizliyini təmin ediblər.
”Azərsu” ASC-nin Bağlar Sukanal İdarəsinin sahə rəisi Rəşadət Rəhimovun sözlərinə görə, çökən yolun altından təxminən 225 diametrli su xətti keçir. Nasazlıq da həmin su xəttində yaranıb. Hazırda qəzanın aradan qaldırılması üçün hadisə yerinə əməkdaşlar və texnikalar cəlb olunub.
Su xəttində yaranan nasazlıq səbəbindən ərazidə olan bir neçə evə suyun verilməsi dayanadırılsa da, qurum rəsmisi bu gün problemin həll olunacağını bildirdi.