Bu gün saat 20:00-dan 18 sentyabr saat 20:00-a qədər Bakının Nərimanov rayonunun Fətəli xan Xoyski küçəsində aparılacaq təmir işləri ilə əlaqədar, küçənin Koroğlu Rəhimov küçəsindən Aşıq Molla Cümə küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Tətbiq ediləcək qismən məhdudiyyətlə bağlı 8 müntəzəm marşrutun (M8, 4, 17, 26, 38, 67, 202 və 211 nömrəli) daşıyıcılarına təmir aparılan hissələrdə xüsusi ehtiyatlı olmaları, eyni zamanda nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq ediləcəyi halda alternativ küçələrlə fəaliyyət göstərmələri barədə müvafiq məlumatlar verilib