Bakının mərkəzində partlayış baş verib

Hadisə yerinə gəlmiş “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev jurnalistlərə açıqlama verib.

“Report”un xəbərinə görə, o bildirib ki, ilkin olaraq hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur. Onun sözlərinə görə, MTK-nın qaz xəttinə toxunma olub. “Dünən ərazidə hansısa qazıntı işləri aparılıb və aydın hiss olunur ki, MTK-ya gedən qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir”.

“Azəriqaz” rəsmisi əlavə edib ki, hadisə ilə əlaqədar 1000-ə yaxın abonentin qaz təchizatı dayandırılıb.

***10:13

Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada qaz sızması nəticəsində qəza olub.

Qəza səhər saatlarında baş verib. Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları var.

Ərazidə nəzarət apara polisin sözlərinə görə, qaz sızması nəticəsində 2 nəfər xəsarət alıb. (Trend)

*

Səhər saatlarında Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada baş verən qəza ilə bağlı araşdırmalar yekunlaşdıqdan sonra rəsmi məlumat yayılacaq.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

***10:06

Bakının mərkəzində, metronun “28 May” stansiyasının yaxınlığında partlayış baş verib. Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Partlayış yanğınla müşahidə olunub.

Hadisə “Ofisait” mağazasının yanındakı obyektdə baş verib. Hadisə zamanı bir nəfər yanıq xəsarətləri alıb, “Ofisait” mağazasına da ziyan dəyib.

Yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağırdır. (Report)

Share: