Sayca 26-cı yarmarkada 250 arıçı öz məhsullarını satışa çıxarıb
“Umumilikdə 120 ton məhsul satışa çıxarılıb”.
Bu barədə REAL TV-nin birbaşa yayımında Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov məlumat verib.
“21 mindən artıq arıçı var. Bunlar subsidiya alan arıçılardır. Onların hamısını bir yerə yığıb yarmarka keçirmək mümkünsüzdür. Pandemiya şəraitini nəzərə alaraq 250 arıçının iştirakı münasib sayıldı. Ən azı 25 arı yeşiyi olan arıçılar buraya cəlb olunub. Qiymətləri arıçılar müəyyənləşdirir. Qiymətlər 15 manatdan 50 manata qədər dəyişir”, deyə Vüqar Hüseynov bildirib.