Balakəndə 3-cü Beynəlxalq Xurma Festivalı təşkil olundu

3-cü Beynəlxalq Festival Balakəndə təşkil olunub

Balakən rayonunun kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan xurmaçılığın daha geniş təbliğ edilməsi məqsədilə III Xurma festivalı keçirilib.

Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı və Mədəniyyət nazirliklərinin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin, Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının, “Balxurma” MMC-nin dəstəyi ilə reallaşan festivalda ölkəmizdə fəaliyyət göstərən bir sıra xarici ölkə səfirliklərinin təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, qonşu rayonlardan gəlmiş qonaqlar, xurma istehsalçıları və ixracatçıları, həmçinin rayon sakinləri iştirak ediblər.

Gərəkli kəndinin ərazisində yerləşən xurma bağına ekskursiya keçirilib, xurma ağacları əkilib.

Balakən şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən festivalın rəsmi açılış mərasiminin əvvəlində qonaqlar şərbət, çörək və meyvələrdən hazırlanmış xonça ilə qarşılanıblar.

Məlumata görə, Azərbaycanda ildə 180 min tondan çox xurma istehsal olunur. Balakən rayonuNda 812 hektar xurma bağı var və 2018-ci ildə bağlardan 15 min ton məhsul yığılıb. İstehsal olunan xurmanın 80 faizi xaricə ixrac olunub.

III Beynəlxalq xurma festivalı mədəniyyət və istirahət parkının ərazisindəki meydanda konsert proqramı ilə davam edib.

Share: