09:41
Səhiyyə Nazirliyi Balakən rayonunda kişinin ailə üzvlərinə qarşı silahla atəş açması nəticəsində yaralananların səhhəti ilə bağlı məlumat yayıb.
Müstəqil.Az bildirir ki, Nazirlikdən Axar.az-a daxil olan məlumatda bildirilib ki, Balakən rayonunun Yeni Şərif kəndində baş verən silahlı insidentlə bağlı Balakən Mərkəzi Rayon Xəstəxanasına 1-i azyaşlı olmaqla 5 nəfər müraciət edib:
“Yaralılardan 34 yaşlı kişi reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti keçirdiyi əməliyyata uyğundur. 39, 49 yaşlı qadınlar və 59 yaşlı kişinin müalicələri cərrahiyyə şöbəsində davam edir. Vəziyyəti orta-ağır stabil kimi qiymətləndirilir. 1 yaşlı körpə isə ilkin tibbi yardımdan sonra evə yazılaraq qohumlarına təhvil verilib”.
tırladaq ki, Balakən rayonunda Yeni Şərif kəndində, kənd sakini, 1966-cı il təvəllüdlü Məhəmməd Əhməd oğlu Bağmanov yaşadığı ünvanda ov tüfəngi ilə oğlu – 1987-ci il təvəllüdlü Əhməd Bağmanovu evində stol arxasında oturduğu yerdə arxadan güllələyib. Ov tüfəngindən açılan atəş nəticəsində Ə.Bağmanov ağır yaralanıb. Hadisə nəticəsində stolun ətrafında oturan 1968-ci il təvəllüdlü Həvva Abbas qızı Bicilova, 18 aylıq körpə Xədicət Əhməd qızı Bağmanova və 1980-ci il təvəllüdlü Məryəm Məhəmməd qızı Anarəcəbova da yaralanıb.
Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Müstəqil.Az