Balakəndə beşotaqlı fərdi yaşayış evində yanğın oldu

Balakəndə beşotaqlı fərdi yaşayış evində yanğın oldu

Balakəndə beşotaqlı fərdi yaşayış evində yanğın olub.

APA-nın məlumatına görə, yanğın hadisəsi bu gün saat 16:30-da rayonun Şanbul kəndində, kənd sakini Eldəniz Zumrat oğlu Zurnayevə məxsus, ümumi sahəsi 210 kvadratmetr olan kürsülü birmərtəbəli beş otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və 12 nəfər şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin iki otağının yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Share: