Xəbərə foto əlavə olunub.
***
20.12
Balakəndə dördotaqlı fərdi yaşayış evi yanıb.
-nın Şimal-qərb bürosunun məlumatına görə, yanğın saat 18:30-da rayonun Gərəkli kənd sakini Pədima Məhəmməd qızı Əlisoltanova məxsus, ümumi sahəsi 132 kv/m olan 4 otaqdan ibarət fərdi yaşayış evində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Hazırda yanğın məhdudlaşdırılıb, tam söndürülmə işləri aparılır. İlkin məlumata görə, yanğın zamanı xəsarət alan yoxdur.
Faktla bağlı araşdırma aparılır.