Balayar Sadiq “Qizilbas fəsli “-ni təqdim etdi…

Müstəqil.Az xəbər verir ki, bu gün Azərbaycan Yazıçilar Birliyinin “Natəvan” klubunda tanınmış şair Balayar Sadiqin Sah İsmayil Xətaiyə həsr olunmus “Qizilbas fəsli ” kitabının təqdimatı keçirilib.

Tədbiri giris sözü ilə açan Xalq sairi Fikrət Qoca müəllifin yaradıcılıq uğurlarından geniş söhbət açdı və onu istedadlı şair kimi səciyyələndirib.

Daha sonra tədbirin aparıcılığını görkəmli şair Ağacəfər Həsənliyə həvalə edib. A.Həsənli “Qızılbaş fəsli”nin məziyyətlərindən bəhs edib.

Kitab haqqında gorkəmli tənqidçi, professor Vaqif Yusifli, tanınmış şair, dosent “Ədəbiyyat qəzeti” nin baş redaktorunun müavini  Adil Cəmil, Yazıçılar Birliyinin idarə heyyetinin uzvi, “Azerbaycan” jurnalının poeziya şöbəsinin müdüri, tanınmış şair Qəşəm Nəcəfzadə, kultroloq Aydın Xan, şair Şöhrət Əfşar, polkovnik Hikmət Ağayev, “Qafqazmedia” İB-nin sədri Hacıxanım Azadə Taleh, “Qobustan” jurnalının şöbə müdüri, şair Narıngül, yazıçı Qəni Camal və başqaları çıxış ediblər. Natiqlər bilavasitə istedadlı şairin milli-mənəvi dəyərlərimizin mahiyyətini bədii sözün aynasında ustalıqla canlandırmasını, azərbaycançılıq ideyalarının təbliğində sərgilədiyi yüksək vətəndaşlıq və dəyərli sənətkarlıq məharətini geniş təqdir etmiş və Balayar Sadiqə yaradıcılıq uğurları arzulamışlar. Tədbir həqiqi söz-sənət uğuru kimi dəyərləndirilmişdir.
Müstəqil.Az

 

 

Share: