Balayar SADİQİN “Əzab”ı – YENİ ŞEİR

Daşın yuxusuna girdim,
Ağacın yuxusuna girdim.
Dizlərini qucaqlayıb,
ehtiyac səhrasında yatan
acın yuxusuna girdim.

Indi
yuxuların daşlığından,
yuxuların ağaclığından,
Aclığın açılığından
gəlirəm.

Bu nal tökən daşlıq,
Bu kölgəsiz ağaclıq
Bu kölgəsi ömür üşüdən aclıq
Əhdimi kəsib,
tüstüm təpəmdən çıxır.

Varsa pis olmaz;
bir tikə çörək,
bir kəlmə xoş söz,
bir stəkan umid.

Share: