Baloğlanın həmkəndlisi xatirəsini danışdı:”Tapanca Yədulla”dan sonra kəndimizdən çıxan ən məhşur adam id

Baloğlanın həmkəndlisi xatirəsini danışdı:”Tapanca Yədulla”dan sonra kəndimizdən çıxan ən məhşur adam id

“Baloğlan Əşrəfov Türkiyədə əməliyyat olan ərəfədə bütün kəndimiz səksəkədə idi. Sonra xəbər gəldi ki, əməliyyat uğurlu keçib, donor da salamatdı, Baloğlan da”.

Müstəqil.Az xəbər verir ki, bunu Azərbaycanın Əməkdar artisti Baloğlan Əşrəfovun həmkəndlisi Pərviz Əzimov öz “Facebook” hesabında yazıb.

P.Əzimov qeyd edib ki, 10 mindən çox əhalisi olan kəndlərində bayram idi.

“O qədər qurban kəsilmişdi ki, yarı zarafat deyirdik kəndimizdə qəssablar 10 gün alversiz qaldı. Günlərlə bütün kəndə qurban əti paylanırdı. Evlərimiz çox yaxındı, qurban gətirən insan selini hər gün görürdük.

Zarafat deyildi, “Tapanca Yədulla”dan sonra kəndimizdən çıxan ən məhşur adam idi. Yədulla neqativ obraz idi, Baloğlan isə pozitiv. Qısaca, kəndimizin fəxri idi. (Sovet dedektiv ədəbiyyatını oxuyanlar Yədulla obrazını tanıyar)”.

“2009-cu ildə mən universitetdən qovulanda dəfələrlə rektora zəng elədi ki, problemi sülh yolu ilə həll etsin. Təəssüf ki, alınmadı” – deyə, P.Əzimov sözlərinə əlavə edib:

“Bu hadisədən 5-6 il sonra İstanbulda hava limanında qarşılaşmışdıq. Dedi qara ciyər əməliyyatından sonra ildə 2-3 dəfə məcburi müayinəyə gəlirəm. Lissabondan dönürdüm, cins şort geyinmişdim. Dedi “bacıoğlu sən də “uje” yevropeyskisən, yəqin mənə də qulaq asmırsan daha”. Əslində elə idi, gənclik, fərqli musiqi mədəniyyətləri, musiqi zövqləri. Baloğlana qulaq asan vaxt deyildi. Amma dinləsək də, dinləməsək də, o kəndimizin ən məhşur adamı idi. Haradasa soruşanda hansı kəndənsən, deyirəm Bədəlan. Çox adam deyir “aa Baloğlanın kəndi…”

P.Əzimovun həmkəndlisi deyib ki, o vaxt kənddə necə toy bayram idisə, bu gün də matəmdir.

“Çoxumuz yəqin oxuduğu janr baxımından Baloğlanı dinləmir. Amma bu heçnəyi dəyişmir axı, o yenə də kiçik arzuları olan insanlarla dolu bizim kənd üçün vacib insan idi. Allah rəhmət eləsin atamın, anamın gənclik, bizim isə uşaqlıq fenomenimiz”.

Qafar Ağayev

Share: