Bu dieta ən sağlam dietalardan hesab edilir, qısa müddətdə mədə-bağırsağı qaydaya salır, parazitləri öldürür və artıq çəkini azaldır.
Pəhriz zamanı balqabağın nəinki özü, qabığı, şirəsi, tumları da istifadə edilir. Pəhriz boyu ondan yeməklər, salatlar, içkilər, şirniyyatlar hazırlayıb, eləcə də çiy qəbul edə bilərsiz.
100 qram balqabaqda 23 kalori var, bu o deməkdir, pəhrizə düzgün əməl etsəz günə 300 qram çəki itirə bilərsiz.
Medicina.az 10 günlük balqabaq pəhrizini təqdim edir:
1-ci gün:
Səhər – çiy balqabaqdan salat, yoqurt və badam, yaşıl çay
günorta: balqabaq şorbası
Axşam: Sobada balqabaq darçınla
II gün:
Səhər: balqabaq sıyığı, yaşıl çay
Günorta: balqabaqdan kotlet
Axşam: sobada balqabaq və alma
III gün:
Səhər: suda bişmiş düyü sıyığı balqabaq ilə
Günorta: Tərəvəz salatı, toyuq əti ilə balqabaq
Axşam: Balqabaq salatı ananasla
IV gün:
Səhər: Balqabaq salatı
Günorta: tərəvəz şorbası içərisində balqabaq olmaqla
Axşam: sobada tərəvəzlər balqabaqla birgə
(kartofdan başqa)
Qalan günləri yenidən başdan axıra kimi təkrarlayırsız.
Pəhriz müddətində yaşıl çay, qazsız su içmək olar.