Cari ilin yay aylarında “Badewanne” cəmiyyətinin Birinci və İkinci Dünya müharibəsi illərinə təsadüf edən gəmilərin axtarışı ilə məşğul olan könüllülərdən ibarət dayver qrupu 85 metr dərinlikdə 17-ci əsrə aid gəmi aşkar edib.
Müstəqil.Az xəbər verir ki, aşkar edilmiş gəmi ideal vəziyyətdə olub və korpusunda hər hansı bir ciddi zədə aşkar edilməyib.
Baltik dənizinin suyunun az duzlu və dibinin tam qaranlıq olması səbəbindən taxta gəmi çürüməyib. Gəminin gövdəsini və göyərtəsini vaxtilə bəzəyən və hazırda sınıb qopmuş bəzi elementlər gəminin yaxınlığında aşkar edilib.
Ekspertlərin apardığı analizlərin nəticələrinə görə, aşkar edilmiş gəmi Hollandiyaya məxsus 16-18-ci əsrlərə aid yelkənli nəqliyyat gəmisidir. Yüksək sürəti, böyük tutumu və digər yüksək xüsusiyyətləri ilə fərqlənən bu gəmilər əsasən hərbi və nəqliyyat məqsədlər üçün istifadə edilirdi.
Müstəqil.Az
mənbə:“Seanews.az”