Baltikyanı ölkələr Aİ-ni Rusiya taxılının idxalını qadağan etməyi çağırıb

Baltikyanı ölkələr Aİ-ni Rusiya taxılının idxalını qadağan etməyi çağırıb

Baltikyanı ölkələr Aİ-ni Rusiya taxılının idxalını qadağan etməyi çağırıb

Litva, Latviya, Estoniya, Polşa və Çexiyanın kənd təsərrüfatı nazirləri Rusiya və Belarus taxılının Avropa İttifaqına idxalını qadağan etmək məqsədilə Avropa Komissiyasına müraciət ediblər.

xəbər verir ki, bu barədə Litvanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Nazirliklər bu məhdudiyyətin bütün Aİ-də effektiv şəkildə tətbiq edilməsi üçün ittifaqa üzv dövlətlərin əməkdaşlığını təmin etməyi tələb ediblər.

Həmçinin qeyd edilir ki, müvafiq mövzu Aİ ölkələrinin Kənd Təsərrüfatı Nazirlər Şurasının martın 26-da keçiriləcək iclasında müzakirə olunacaq.

Xatırladaq ki, bir müddət öncə “Financial Times” yazmışdı ki, Aİ Rusiya və Belarusdan taxıl idxalına hər ton üçün 95 avro məbləğində rüsum tutacaq.

Share: