BAMF prezidenti ermənilərin mina terroru ilə bağlı beynəlxalq qurumlara çağırış edib

BAMF prezidenti ermənilərin mina terroru ilə bağlı beynəlxalq qurumlara çağırış edib

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev ermənilərin mina terroru ilə bağlı beynəlxalq qurumlara çağırış edib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, bu barədə o, Tərtərdə mina partlayışının baş verdiyi ərazidə jurnalistlərə açıqlamasında bildirib.

“Beynəlxalq təşkilatlara müraciət edirəm ki, Azərbaycanın mina ilə bağlı probleminə ciddi yanaşılsın. Çünki İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan böyük faciələr yaşayır. Biz indi yeraltı düşmənlə mübarizə aparırıq”, – o vurğulayıb.

Qeyd edək ki, aprelin 28-də Tərtərin Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində tank əleyhinə minanın partlayışı nəticəsində Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.

Hadisə nəticəsində həlak olmuş şəxslər “RPS Energy Ltd.” şirkətinin əməkdaşları olublar.

Faktla bağlı cinayət işi başlanıb.

Share: