Keçmiş ABŞ prezidenti Barack Obama Çikaqo məhkəməsində Andlılar Məhkəməsində işinə başlamaq üçün gedib, ancaq vəzifəsinə başlamadan hakimlər onu bu xidmətdən azad ediblər.
Camaat İllinois şəhərində şəxsi mülk sahibi olan Barack Obamanı görmək üçün Daley Mərkəzində bələdiyyə binasının qarşısına toplaşıb.
Hər bir potensial andlı yerli rəhbərlikdən 17 dollarlıq qəbz alır.
Kostyumda olsa da qalstuk taxmayan Barack Obama liftlə 17-ci mərtəbəyə qalxıb. Burda onu digər andlılar, eləcə də jurnalistlər, məhkəmə üzvləri və vəkillər qarşılayıb.
“Andlı vəzifəsinin təqdimi” videosunun nümayişindən sonra məhkəmə rəhbərliyi Barack Obamanı andlı vəzifəsindən azad edib.
Daha sonra ölkənin 44-cü prezidenti Barack Obama yerli şirkətlərin birində ödənişli nitq söyləyib, Çikaqo Sun-Times xəbər verir.
Barack Obama-nın ictimaiyyətlə əlaqələr direktoru Katie Hill bildirib ki, keçmiş prezident “demokratiyamızda ən vacib amilin vətəndaş olduğunu güman edir və düşünür ki, andlı vəzifəsi vətəndaşlıq öhdəliyinin köküdür”.
Barack Obama 2010-cu ildə də özünü birinci prezidentliyi müddətində Andlılar Məhkəməsinə çağrılmış, ancaq o, məhkəmədən möhlət almışdı.
Keçmiş prezidentlər George W Bush və Bill Clinton da yaşadıqları şəhərdə Andlılar Məhkəməsinə dəvət edilmiş və sonra vəzifədən azad olunmuşdular (BBC).