Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirlikləri “Barbi” filmini qadağan edib.
Kulis.az xəbər verir ki, buna səbəb filmdəki bəzi səhnələrin həmin ölkələrin dəyərləri ilə üst-üstə düşməməsi olub.
Leziyanlığın islami dəyərlərə zidd olduğu bildirilib.
Qadağadan sonra məsələyə yenidən baxılması üçün çoxsaylı etirazlar olub.
Hazırda bu istiqamətdə müzakirələr davam etdirilir.
Qeyd edək ki, iyulun 21-də premyerası olan “Barbi” filmi son bir həftədə ABŞ-də 155 milyon dollar gəlir əldə edib.