Barış Mançonun oğlu xəstəxanaya yerləşdirildi

Əfsanəvi sənətçi Barış Mançonun musiqiçi oğlu Doğukan Manço xəstəxanaya yerləşdirilib.

Kulis.az xəbər verir ki, sənətçi sosial media hesabında səhhəti ilə bağlı paylaşım edib.

Qida allergiyası olan Manço qatıldığı toyda yediyi badımcandan zəhərləndiyi üçün xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Hazırda vəziyyətinin yaxşı olduğunu qeyd edib.

Share: