“Barselona” gənc oyunçularına yemək verməkdən imtina etdi

“Barselona” gənc oyunçularına yemək verməkdən imtina etdi

Maliyyə vəziyyətini düzəltməyə çalışan “Barselona” büdcə islahatlarını davam etdirir.

Kataloniya təmsilçisi əvəzedici komandanın oyunçuları üçün yemək hazırlayan şirkətin xidmətindən imtina edib. Klub bunu artıq xərc hesab etdiyi üçün belə addım atıb.

İndiyə qədər gənc oyunçular məşqdən sonra bazada səhər yeməyi və ya nahar etmək imkanına malik olublar. Ancaq onlar çox zaman bundan istifadə etməyiblər.

Qeyd edək ki, “Barsa” bir müddət öncə akademiya üzvləri üçün nəzərdə tutulan taksi xidmətindən imtina edib.

Share: