La Liqanın prezidenti Xavyer Tebas Kataloniyanın İspaniyadan ayrılmaq cəhdinə təşəbbüs etməsinə münasibət bildirib.
O deyib ki, Kataloniya müstəqillik əldə etməyəcək: “Kataloniya uzun müddət İspaniyanın tərkibində qalacaq və “Barselona” La Liqada çıxış etməyə davam edəcək”.
X.Tebas katalonların siyasətləri barədə də danışıb: “Nə vaxt ki hansısa bir qrup insan qiyamı başlayırlar, onların yeri həbsxana olur”.