“Barselona” La Liqada yeni mövsümün başlaması ərəfəsində böyük problemlə üzləşib.
İspaniya çempionatının başlamasına bir gün qalıb, lakin klub 23 futbolçudan 10-nu qeydiyyatdan keçirməyib.
Məlumata görə, Alonso, Penya, Arauxo, Roberto, Lenqle, Dest, Ezzalzuli, Romeu, Martinez və Gündoğan kimi futbolçular hələ də qeydiyyata düşə bilməyiblər.
Hətta İlkay Gündoğan avqustun 12-nə kimi qeydiyyatdan keçməsə “Barsa”dan ayrıla bilər – onun müqaviləsində belə bir bənd var.
Bildirilir ki, komandanın prezidenti Joan Laporta hazırda vəziyyəti tez bir zamanda düzəltməyə çalışır.
Mənbə: sport-express.ru