“Barselona” “Liverpul”un yarımmüdafiəçisini pulsuz transfer etməyə hazırlaşır

“Barselona” “Liverpul”un yarımmüdafiəçisini pulsuz transfer etməyə hazırlaşır

“Liverpul”un yarımmüdafiəçisi Nabi Keyta və “Kristal Pelas”ın hücumçusu Vilfrid Zaha yay transfer pəncərəsində “Barselona”ya keçə bilər.

Hər iki futbolçunun müqaviləsi mövsümün sonunda başa çatır, ona görə də ispan klubu oyunçuları pulsuz transferlə əldə etməkdə maraqlıdır.

28 yaşlı Nabi Keytanı “Liverpul” 2018-ci ilin yayında “Leypziq”dən 60 milyon avroya alıb. Bu mövsüm yarımmüdafiəçi bütün yarışlarda 13 matçda qol vurmadan meydanda olub. Tərəflər arasında müqavilə bu mövsümün sonunda başa çatır.

30 yaşlı Zaha “Kristal Pelas”ın yetirməsidir. O, 2013-cü ildə “Mançester Yunayted”ə keçərkən klubdan ayrılıb. Lakin 2014-cü ilin avqustunda Zaha doğma komandasına qayıdıb.

Mənbə: championat.com

Share: