“Barselona”nın əfsanəvi yarımmüdafiəçisi Serxio Buskets İspaniya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.
Müstəqil.Az UNİAN-a istinadla bildirir ki, futbolçu bu barədə sosial şəbəkədəki paylaşımında qeyd edib.
“Təxminən 15 il və 143 matçdan sonra milli komanda ilə vidalaşmağın vaxtıdır. Bu uzun yolda məni müşayiət edən bütün insanlara təşəkkür edirəm. Məni milliyə dəvət edən Visente del Boskedən, son saniyəyə qədər oyunumdan həzz aldığına görə Luis Enrikeyə, həmçinin Julyen Lopetegi, Fernando Hierro və Robert Morenoya, eləcə də bütün köməkçilərinə etimadlarına görə təşəkkür edirəm.
Və əlbəttə ki, komandanı layiq olduğu yerə çatdırmaq üçün mübarizə apardığım komanda yoldaşlarımın hər birinə. Az-çox müvəffəqiyyətlə, amma həmişə hər şeyi verməklə və böyük qürurla. Prezidentlərə, menecerlərə, idman direktorlarına və bu və ya digər şəkildə federasiyanın bir hissəsi olanlara da təşəkkür edirəm”, – Buskets yazıb.
Müstəqil.Az