“Barselona” ciddi itki ilə üzləşib.
Müstəqil.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın futbolçusu Pedri zədələnib. 18 yaşlı yarımmüdafiəçi La Liqanın 25-ci turunun “Sevilya” ilə səfər matçında (2:0) sıradan çıxıb.
Oyunçunun son durumu tibbi müayinədən sonra bilinəcək.
Qeyd edək ki, Pedri bu mövsüm 25 oyuna çıxıb, 2 qola imza atıb.
Müstəqil.Az