Baş infeksionist toylara icazə verilməsi barədə: “Ehtimal çox yüksəkdir…”

“Azərbaycanda toyların təşkilində tələskənliyə yol vermək olmaz”.

Bunu Teleqraf.com-a Azərbaycanın baş infeksionisti, tibb elmləri namizədi Cəlal İsayev deyib.

O, Türkiyədə toyların keçirilməsinə müəyyən məhdudiyyətlə icazə verildiyinə diqqət çəkib: “Son məlumatlara görə, Türkiyədə bu məhdudiyyətlərə əməl olunmayıb. Təəssüf ki, hazırda Türkiyədə həm yoluxma halları, həm də ölüm hadisələri sürətlə artmaqdadır. Artıq gündəlik yoluxma 1500-dən yuxarıdır.

Odur ki, Azərbaycanda da toyların təşkili məsələsində tələskənliyə yol vermək olmaz. Doğrudur, hamı istəyir ki, övladı ailə qursun, xoşbəxt olsun. Amma ailə qurmaq ərəfəsində xüsusən bu məsələlərə diqqət yetirmək lazımdır. Toy və yas mərasimləri insanların ən çox toplaşdığı yerdir və bu məclislərdə sıx toplaşmaq, yaxın təmas qacınmazdır.

Belə mərasimlərdə virus daşıyıcısının yoluxdurma ehtimalı çox yüksəkdir. Ona görə də son dərəcə ehtiyatlı olmaq lazımdır”.

Müstəqil.Az

Share: