Baş məşqçi Levandovskinin zəngindən sonra istefaya göndərilib

Baş məşqçi Levandovskinin zəngindən sonra istefaya göndərilib

Polşa millisinin kapitanı Robert Levandovski yığmanın çalışdırıcısı Çeslav Mixneviçin istefaya göndərilməsinə təsir edib.

Müstəqil.Az Polşa mətbuatına istinadən xəbər verir ki, hələ DÇ-2022 bitməmiş Levandovski Polşa Futbol İttifaqının prezidenti Çezariy Kuleşaya zəng edib və oyunçuların mövqeyini bildirib. O, qeyd edib ki, komanda üzvləri Mixneviçlə davam etməyin əleyhinədir.

Hətta bir çox aparıcı futbolçu polşalı mütəxəssisin komandadan ayrılmayacağı halda millidəki karyerasını başa vuracağı ilə federasiyanı hədələyib.

Qeyd edək ki, Mixneviç bu ilin yanvar ayından Polşa millisini çalışdırırdı. O,  2022-ci il dekabrın 31-də vəzifəsini rəsmən tərk edəcək. Polşa millisi DÇ-2022-nin 1/8 finalda Fransaya 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Müstəqil.Az

Share: