Baş məşqçi xərçəng olduğunu açıqladı…Təsirlənən futbolçular əvəzində nə etdi?!

Dünən Çempionlar Liqasının 5-ci turu çərçivəsində “Liverpul”la qarşılaşan “Sevilya” klubu ilə bağlı təəccüblü iddia qaldırılıb.

Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, iddiaya görə, komandanın baş məşqçisi Eduardo Berizzo ilk yarıda 3-0 hesabı ilə məğlub olan futbolçulara xərçəng olduğunu bildirib.

Futbolçular da bu xəbərdən təsirlənərək matçın ikinci yarısında rəqib qapısından 3 dəfə top keçirib. Beləliklə matç bərabərə bitib.

Məsələ haqqında “Sevilya” açıqlama verməyib. Yalnız bu gün ərzində mətbuat konfransı keçiriləcəyi bildirilib.

Share: