Baş nazirin sabiq müavini vəfat edib

Baş nazirin sabiq müavini vəfat edib

Azərbaycan İctimaiyyətinə ağır itki üz verib.

Azərbaycan Respublikası Baş nazirinin sabiq müavini Əsgər Talıb oğlu Məmmədov uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Vətəndaş Həmrəyliyi Partiyası mərhumun ailəsinə başsağlığı verib.

Əsgər Məmmədov Vətəndaş Həmrəyliyi Partiyasının bir vaxtlar rəhbərliyində təmsil olmuş və partiyanın Baş Katibi vəzifəsini tutmuşdur. Cox səmimi insan, böyük Azərbaycan sevdalısı, dövlət xadimi, vətən üçün hər yaşda adına uyğun- əsgər kimi xidmətə hazır olan Əsgər müəllimin vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
Müstəqil.Az

Share: