“Azərbaycan 2015-ci ildən qızılca və məxmərəyin eliminasiyasına nail olub. O zamandan ölkədə bu xəstəliklərə yoluxan xəstə ilə bağlı məlumat yoxdur. Yəni bu gün üçün Azərbaycanda qızılca xəstəliyi yoxdur “.
“Report” xəbər verir ki, bunu K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev Rusiya, Ukrayna kimi ölkələrdə qızılca təhlükəsinin Azərbaycana keçməsi məsələsinə aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, ölkədə adıçəkilən xəstəliklərlə bağlı peyvəndin əhatəsi yüksək (95 faiz) olub: “Ona görə də bu xəstəliyin ölkədə olma ehtimalı yoxdur. Lakin ölkə kənarından bura gələn vətəndaşlarda peyvənd olunmayan uşaqların yoluxma faizi yüksəkdir. Bu səbəbdən uşaqların peyvənd olunması vacibdir”.
N.Quliyev əlavə edib ki, qızılcanın ev şəraitində müalicəsi mümkün deyil: “Çünki ağır xəstəlikdir və müxtəlif formaları var”.
Müstəqil.Az