Baş prokuror BQXK-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüşdü

İyunun 30-da Baş prokuror Kamran Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə görüşüb.

Bu barədə Müstəqil.AZa  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Qonaqları salamlayan Baş prokuror BQXK-nin zəngin tarix və ən-ənələrə malik olması, Komitə ilə ölkəmiz arasında inkşaf edən qarşılıqlı əlaqələr barədə söhbət açmış, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən prokurorluqda aparılan genişmiqyaslı islahatlar nəticəsində struktur dəyişikliyi ilə əlaqədar yaranmış yeni idarələrin fəaliyyət istiqamətləri barədə məlumat verib.

Səmimi qəbula görə təşəkkürünü bildirən xanım Elena Aymone Sessera ikitərəfli münasibətlərə toxunaraq Azərbaycanla münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulamış, ölkəmizlə Ermənistan arasındakı mövcud münaqişədən əziyyət çəkmiş Azərbaycan vətəndaşlarına humanitar yardım göstərilməsi, cəbhəboyu ərazilərdə yaşayan mülki şəxslərin təhlükəsizliyi, fiziki və psixoliji sağlamlıqları, itkin düşmüş şəxslərin taleyləri ilə əlaqədar BQXK-nin Azərbaycandakı fəaliyyəti, həyata keçirdiyi layihələr, aparılan mühüm işlər, o cümlədən COVID-19 pandemiyası ilə əlaqədar keçirdikləri təlimlər barədə məlumat verərək, ikitərəfli münasibətlərin inkişafı naminə, habelə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları, o cümlədən prokurorluq orqanları ilə əməkdaşlıq istiqamətində münasibətlərin daha da inkişaf edəcəyinə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə maraq kəsb edən suallara və mövzulara dair ətraflı məlumatın verilməsi təmin edilməklə, bir sıra digər məsələlər müzakirə edilib, faydalı fikir mübadiləsi aparılıb.

Müstəqil.AZ

Share: