Baş Prokurorluq mülki şəxslərin minaya düşməsi haqda məlumat yaydı — Yenilənib

Baş Prokurorluq mülki şəxslərin minaya düşməsi haqda məlumat yaydı — Yenilənib

İşğaldan azad edilmiş Fizuli rayonunda yol-tikinti təsərrüfatında işləyən traktor minaya düşüb.

Bu barədə “Qafqazinfo”ya Daxli İşlər Nazirliyindən məlumat verilib.

Nəticədə traktora ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

***

Azərbaycan Baş Prokurorluğu Ağdam və Füzulidə mülki şəxslərin minaya düşməsi barədə məlumat yayıb.

Baş Prokurorluqdan “Qafqazinfo” ya verilən məlumata görə, Ağdam rayonu ərazisində təmir-tikinti işləri aparılarkən 2 nəfər şəxsin minaya düşməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Araşdırma zamanı daha bir şəxsin – 1983-cü il təvəllüdlü Səxavət Abduxalıqovun da xəsarət alması müəyyən edilib.

Daha sonra Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində təmir-tikinti işləri aparılarkən traktorun partlamamış silah-sursata dəyərək partlaması nəticəsində traktora maddi ziyan dəyməsi, lakin hər hansı bir şəxsin xəsarət almaması müəyyən edilib.

Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.


Share: