Cənubi Afrikanın sahil şəhəri olan Keyptaunda dəhşətli və bir o qədər maraqlı hadisə baş verib.
Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, Şaun Veyn adlı velosipedçi iki naməlum şəxsin silahlı hücumuna məruz qalıb.
Soyğun törətmək istəyən naməlum şəxslər 34 yaşlı şəhər sakininin başına bıçaq saplayıblar. O, isə ən yaxın xəstəxanaya piyada gedib. Başına 15 sm uzunluğunda bıçaq saplanan şəxsi görənlər qorxu və təəccübdən yerlərində donub qalıblar. Onun sakit şəkildə “boş həkim varmı?” sözləri isə bu təəccübə duz-bibər olub.
Yaralı dərhal əməliyyat edilib və möcüzəvi şəkildə sağ qalıb.