Sankt-Peterburqdaadı “Rüstəm K.” kimi qeyd edilən bir müsəlmanın polis bölməsinin kamerasında ölü tapılması haqda xəbərlər yayılıb.
Müstəqil.az yazır ki, bu haqda Rusiyann “78”telekanalı məlumat verib.
Fevralın 21-də Rüstəm K. polis tərəfindən bilinməyən səbəblərdən saxlanılıb. Polis avtomobilində Nevski rayon şöbəsinə aparılarkən fürsətdən istifadə edən Rüstəm qısa müddətə sosial şəbəkə vasitəsilə canlı video-yayıma qoşulub və başına gətirilənlərdən danışıb. O, bildirib ki, polislər həbs olunma səbəbini bildirmədən onu amansızcasına döyüblər. Müsəlman sözlərinin təsdiqi olaraq asayiş keşikçilərinin zərbələri nəticəsində ayaqlarında yaranmış yaraları göstərib.
“Məni polis maşınına mindirdilər. Nə üçün?Özüm də anlamıram. Bax. görürsünüz, ayağım nə gündədir? Sizə vəziyyət barədə məlumat verəcəm”,- deyə Rüstəm canlı yayımda söyləyib.
Ertəsi gün bu müsəlman polis bölməsinin kamerasında ölü vəziyyətdə tapılıb. Onun bədənində boğulma izləri olması haqda məlumat yayılıb. Qonşularından biri Rüstəmin ailəsini dinc bir ailə kimi təsvir edib, özünü isə “yaxşı oğlan” adlandırıb.
“Sakit bir ailəyə bənzəyirdi. İki il öncə burada mənzil alıblar. Rüstəm səhər işə gedib axşam da gəlirdi. O, tatar idi, müsəlman idi. Yaxşı oğlan idi, – deyə qonşusu bildirib.
Rusiya Federasiyasının İstintaq Komitəsi bir müddət öncə polis tərəfindən döyülməsi barədə məlumat verən yerli sakinin Sankt-Peterburqdakı polis bölməsindəki ölüm faktı ilə bağlı cinayət işi açıb. Araşdırma aparılır.