Başını sən dik tut ,şəhid atası!..

Başını sən dik tut ,şəhid atası!..

Meşəyə gedən əyri ağacı kəsmir,hamı düz axtarıb,düzü kəsir.

Şəhidlər də tanrının seçilmişləridir.Onlar artıq cənnətdə mələklərlə bir yerdədirlər.Kədəri sevincdən çox,gecəsi gündüzündən uzun olan yarımçıq,nakam ömürlü şəhidlər siyahısına  Vüsal Kazımov da əlavə olundu.Valideynlərinə, qohumlarına min ədəb ərkanla hər zaman arxa olan sədaqətli bir övlad vətən yolunda əbədi gözünü yumdu.Ailəsinə Allahdan səbr diləyirəm. Geridə qoyduğu vətənə əmanət övladlarına Allahdan gözəl taleh nəsib olsun, inşallah.

Lənkəran Dövlət Universitetinin prorektoru ,folologiya elmləri namizədi,dosent Kamran Kazımova tezliklə şəfa diləyirəm,başınızı dik tutun, Siz qəhrəman Şəhid atasınısız.

 

Başını sən dik tut ,şəhid atası!

 

Məğrur duruşuna qurban olum mən,

Əymə sən qəddini belə dayan sən.

Zəfərə salmasın kölgəsini qəm.

Haqqa qovuşubdur haqqın sədası,

Başını sən dik tut şəhid atası!

 

Ulu bayrağına büküldü nəşi,

Balan bu obanın, bu elin səsi,

Vətənin sinəsi oldu məskəni

Haqqa qovuşubdur haqqın sədası,

Başını sən dik tut, şəhid atası!

Vətən yükü vardır çiyinlərində,

Tək oğlun xalqının könüllərində,

Əbədi yaşar O, ürəklərində ,

Haqqa qovuşubdur haqqın sədası,

Başını sən dik tut, şəhid atası!

 

Bu gün səngərlərdə doğdu al günəş,

Alındı yuvamız- anamız vətən.

Bayraqlar qaldıran övlada əhsən

Haqqa qovuşubdur haqqın sədası,

Başını sən dik tut, şəhid atası!

 

Axan göz yaşımız vüqarımızdır,

İgidlər enməyən qururumuzdur

Qələbə cəngimiz. sübutumuzdur

Haqqa qovuşubdur haqqın sədası,

Başını sən dik tut şəhid atası!

 

Alındı düşməndən şəhid qanları!

Ucaldı sevinclə vətən bayrağı!

Oğullar qorudu torpaq andını ,

Haqqa qovuşubdur haqqın sədası,

Başını sən dik tut şəhid atası!

 

Balanın balası sənə əmanət,

Vətən əmanətdir,torpaq əmanət.

Coşsun damarlarda ərlik,ləyaqət

Haqqa qovuşubdur haqqın sədası,

Başını sən dik tut şəhid atası!

 

Tar.ü.f.d b/m

Məcidova Leyla Qadir qızı

Share: